Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubovun doğum günüdür.
Unikal.org xəbər verir ki, polis general-polkovniki olan R. Usubov 22 dekabr 1948, Xocalı rayonunda anadan olub.
1970-ci ildən daxili işlər orqanlarında xidmət edən nazir cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.
1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
1993-cü ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.
29 aprel 1994-cü ildən isə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindədir.
R. Usubov üç övlad atasıdır.