İstanbul Böyükşəhər Bələdiyyəsi Mühafizə İdarəsinin rəisi işdən qovulub. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsi Tayfun Karalı mühavizəçini döyüb. Onun bu hərəkəti təhlükəsizlik kameralarında lentə alınıb.

Bir neçə gün öncə Tayfun Karalı mühafizəçini təhlükəsizlik lentini icazəsiz istifadə etdiyi üçün təhqir edib. İşçini təhqir etməklə ürəyi soyumayan rəis onu döyüb. Zərbələrin təsirindən mühavizəçi huşunu itirib. Bundan sonra xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mevlüt Uysal öz "Twitter" hesabında məlumat yayıb. Onun spzlərinə görə, T.Karalı etdiyi hərəkətə görə vəzifəsindən uzaqlaşdırılıb. Keçmiş rəis haqqında araşdırma balanılıb.