Cari il üçün Milli İnternet Mükafatı - "Milli Net 2017 müsabiqəsinin qalibləri elan olunub.

"Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Unikal.org-a verdiyi məlumata görə, müsabiqəyə 392 internet resursu təqdim olunub. Onlardan 291-i müsabiqədə iştirak hüququ qazanıb.

Qaliblər iki turda 19 nəfərlik münsif heyəti tərəfindən seçilib. Belə ki, ilk turda 291 resursdan 96-sı 18 nominasiyada seçilərək ikinci tura keçiblər.

"Azərbaycan Dəmir Yolları QSC olaraq Elektron Hökumət Nominasiyasında beş nominant içərisindən https://ticket.ady.az/ olaraq II yerə layiq görülüb.