Ədliyyə naziri yanında İctimai Komitə Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Komitə üzvü Əhməd Abasbəyli məlumat verib.
Komitə üzvü bildirib ki, monitorinq zamanı müəssisədə cəza çəkən məhkumların yaşayış səraiti, saxlanma vəziyyəti araşdırılıb:
"Monitorinq zamanı məhbusların yataq yerləri, yeməkləri, ailə üzvləri ilə görüşmə vəziyyəti, görüş yerlərinin vəziyyəti araşdırıldı. Bununla bağlı ciddi araşdırmalar apardıq və məhkumlarla təkbətək görüş keçirdik, məhkumların şikayət və müraciətlərini dinlədik. Məhkumların bir çoxunun müraciəti cəzaların humanistləşdirilməsi prosesində tənzimləmə ilə bağlı idi. Məhbusları maraqlandıran suallar cavablandırıldı, onlara pulsuz hüquqi yardımlar göstərildi".