Yay fəslində artıq çəkisi ilə gündəmə gələn aktrisa Yeliz Yeşilmeni indi görənlər çox təəccüblənirlər.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeliz arıqlayaraq bir vaxtlar ideal bədən quruluşu ilə diqqət çəkdiyi günlərə geri dönüb.
Yalnız idmanla məşğul olaraq bu hala gəldiyini deyən aktrisa yeni fotolarını İnstaqram hesabında sevənləri ilə bölüşüb.
Yeşilmenin şəkillərini görən izləyiciləri heyranlıqlarını gizlədə bilməyiblər.
Xatırladaq ki, ötən ay əri Ali Uğur Akbaşın Yelizi aldatdığı haqda xəbərlər yayılmışdı. Aktrisa Bu barədə iddiaları qəbul etməyərək deyilənlərin Alinin keçmiş arvadı tərəfindən uydurulduğunu bildirmişdi.