Esra Erolun bacısı Eda Eroldan nişandan 2 ay sonra ayrılan Alişan Buse Varolla eşq yaşayır.

Unikal.org axsam.az-a istinadən xəbərinə görə, "Dostlar mahallesi"ndəki tərəf müqabili ilə fotosunu sənətçi sosial şəbəkədə paylaşıb.

Alişan şəklə "Xoş gəldin yanıma... Həyatıma xoş gəldin" şərhini yazıb. Buse isə ona cavab verərək "Sən də mənim həyatıma xoş gəldin. Nə yaxşı gəldin" sözlərini qeyd edib.

Müğənninin yaxın dostu Çağla Şikel isə onların münasibətinə fikir bildirərək bunları deyib:

"Alişanla Busenin eşqi serialdan əvvəl başlayıb. Alişan onu ilk görəndə "Nə gözəl qızdır" deyib".