Əməkdar artist Aygün Bəylər son günlər açıqlamaları ilə gündəmdən düşmür.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, "Səhər-səhər verilişinin qonağı olan xanəndə daha bir yalanının üstünü açıb.
Aparıcı Elgiz Əkbərin "Bir dəfə xəbər yayıldı ki, dayə qızını döyüb. Onda elə pis olmuşdum ki... Az qalırdım o dayəni tapıb cəzalandırım sözlərinə Aygün maraqlı cavab verib: "O da növbəti gopdan biri idi.
Xanəndə daha sonra evindəki işçilərdən gileylənib:
"Evdə 50 işçi saxlayıram. Dayə ilə problem yoxdur. Problem mənim özümdədir ki, çox sadəyəm. Hərdən özümə çay süzəndə durub qulluqçuya da gətirirəm. Nə olar ki, o da insandır da. Amma hərdən əsəbiləşirəm. Mən əsəbləşən kimi də qaçırlar. Hər iki aydan bir işçilər qaçıb gedir.