Qadınlar gənc və gözəl qalmaq istəyirlərsə ən azı iki uşaq dünyaya gətirməlidirlər.

 Unikal.org aznews.az-a istinadən xəbər verir ki, İngiltərənin Bata Universitetinin alimləri "Daily Mail"ə müsahibəsində bildiriblər ki, hamiləli, uşağı ana südü ilə qidalandırma və onu qayğısına qalmaq qocalmanı sürətləndirir. Tədqiqatlara görə çoxuşaqlı analarda qırışlar tez əmələ gəlir və dəri qaralır. Alimlərin dediyinə görə, bu, hər bir uşağın bədəndə kimyəvi natarazlıq yaratması ilə bağlıdır. Tədqiqatçılar 500 orta yaşlı qadının fotoşəkilləri üzərində müqaisə aparıblar. Aydınlaşıb ki, az uşağı olan qadınlar daha cəlbedici, gənc və sağlam olurlar.

"Hamiləlik, laktasiya və uşaqların qayğıları yüksək enerji tələb edir. Orqanizmin enerjisi tükəndiyinə görə belə qadınlar daha çox xəstəliyə meyilli olur və az yaşayır".

Qeyd olunur ki, ötən il Yale Universitetində oxşar tədqiqat aparılıb. Sonra mütəxəssislər 100 postmenopausal qadının qan testini nəzərdən keçirib və müəyyən olub ki, ən azı dörd dəfə hamilə olan qadınların DNT-si daha çox zədələnmiş olur. Alimlər eyni nəticələri fotoşəkillərdə də görüblər.