Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyevin ad günü olub. Bir sıra ölkələrin dövlət başçıları, ziyalılar, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.
Unikal.org xəbər verir ki, prezidenti təbrik edənlər arasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca da var. O, prezident İlham Əliyevi "Xalqın Səninlədir, zəfər sənindir..." şeiri ilə təbrik edib.
Həmin şeiri təqdim edirik:
Arxada qoyduğun izlər yol olub,
Qarşıda nə qədər işlər, görüşlər.
Ayağın altında yollar yorulub.
Qarşıda yenə də işlər və işlər...
Ruhun da, qəlbin də daim çalışır,
Həmişə xalqının arasındasan.
Yolunu gözləyən küsür-barışır,
Uzun bir ömürün yarısındasan.
Xalqın dərdinə daim yanırsan,
Qarşına məqsədlər qoydun, bitirdin.
Ölkən cavanlaşır, sən yaşlanırsan,
"Qara şəhər"lərə ağ gün gətirdin.
Ruhlar da Şuşada, Cıdır düzündə,
Ali baş komandan Sizi izləyir.
Ölkədə hamının gözü üzündə,
Hücuma əmiri Sizdən gözləyir.
Xalqın səninlədi, zəfər sənindir.
Xalqı arzusuna yetirəcəksən,
Zəfərə inanmaq- imandır, dindir.
Bizə xoşbəxt günlər gətirəcəksən.
Xalqımın yenilməz igid ər oğlu.
Özün də Öndərsən, ey Öndər oğlu.
Uca Allahımız qorusun səni
Ey Heydər atası, ey Heydər oğlu...