Milli komandanın baş məşqçisi qalmaqalla üzləşib. Söhbət Argentina yığmasının baş məşqçisi Xorxe Sampaolidən gedir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Sampaolinin avtomobilini polis saxlayıb. Restorandan çıxıb, evinə gedən, sərxoş məşqçini saxladıqlarına görə polisə etiraz edib. Məlumatda bildirilir ki, bu zaman o polis əməkdaşları ilə əlbəyaxa olub.
Qeyd edək ki, Sampaoli Argentina yığmasına bu ilin may ayından rəhbərlik edir. O, yığmanı DÇ-2018-in final mərhələsinə çıxarıb.