Bu il ərzində doğuşla Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 3099 müraciət daxil olub, onların 3084-ü hospitalizasiya edilib.
Bu barədə unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda bildirilib ki, tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub. Onların da 93 hospitalizasiya olunub. Hospitalizasiyadan imtina edilən bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilmiş, ünvana polis əməkdaşları çağırılıb.
Məlumatda bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.