Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq.

Teatrın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün dekabrın 30-da saat 1100, 1300 və 1500-da "Qoğalın yeni il sərgüzəştləri adlı nağıl tamaşasını ölkənin ən qabaqğıl ali təhsil ocağının böyük salonunda nümayiş etdirəcəkdir.

Tamaşanın səhnə redaksiyasının müəllifi Pərvin, quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Əsas obrazları teatrın istedadlı aktyorları Anar Seyfullayev, Ramil Məmmədov, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Elşən Şıxəliyev və başqaları ifa edəcəklər.

Yeni ilin əsas qəhrəmanları olan Şaxta baba və Qar qızın da qatılacağı maraqlı şou-tamaşanın müddəti 1 saat 10 dəqiqə davam edəcəkdir.