"Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişi biabırçı hadisələrə səhnə olub.
Unikal.org xəbər verir ki, aparıcılığını Elçin Əlibəylinin etdiyi verilişin mövzusu "Sözümüz niyə çəp gəlir" olub. Sözügedən buraxılışda yaşlı və gənc nəslin üzvləri qarşı-qarşıya gəlib.
Proqramda Əhməd Həmid adlı gənc fəalın "Musa peyğəmbər yəhudiləri aparıb, 40 il Sinay yarımadasında fırlatdı. Yaşlılar, zəiflər öldülər. Fikirləşirəm ki, bizim də yaşlılarımızı aparıb, Ucar-Kürdəmir yolunda bir ay fırlatmaq lazımdır ki, düzgün adamlar yaşasın. Yəhudi dövləti belə qurulub" sözləri "Addım" qəzetinin baş redaktoru Anar Vəziroğlunu bərk əsəbləşdirib.
Bir sıra verilişlərdə kəskin çıxışları, mövqesi ilə diqqət çəkmiş Anar Vəziroğlu Əhmədə "Səni aparıb Xınalıqda asmaq lazımdır. Sənin başqa çarən yoxdur. Çünki gələcəkdə sənin arxanca gələn kimlər olacaq?!"ifadələri ilə sərt reaksiya verib.
Gənc fəalın sözlərini "Mən deyirəm ki, zəif adamlar, savadsızlar Kürdəmirdə yox olub, getsin. Cordano Brunonu necə edam ediblərsə, müəllim də məni elə edam etmək istəyir" fikirləri ilə davam etdirməsiyaşlı nəslin nümayəndəsini daha da qızışdırıb:
"Edam yox, mən sənin boğazını kəsdirərdim. Edam nədir?! O sənin üçün azdır. Sən kimsən ki, məni aparıb Ucarda gəzdirəsən?!"(milli.az)