Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.
VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar. Elektrik enerji kəsildiyindən onlar generatordan istifadə etmək qərarına gəliblər, nəticədə idman zalına dəm qazı dolub.
Qırğızıstan Səhiyyə Nazirliyindən bildiriblər ki, 6 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir. Onlar hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bildirilir ki, xəstəxanaya gətirilən 75 nəfərdən dördü müəllimdir.