Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin medal və ordenlərlə mükafatlandırıb.

Unikal.org xəbər verir ki, İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar rəssam

Qurbanov Seyfəddin Əli oğlu

Məmmədov Rəhim Əliağa oğlu.

"Əməkdar artist

Manafzadə Turan İslam qızı

Məmmədova Elnarə Tofiq qızı

Nuriyev Mais Şükür oğlu.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi medalı ilə təltif edilsinlər:

Ali Tekin Atalar

Allahverdiyeva İlhamə Kəmənd qızı

Babayeva Ofelya Rəhim qızı

Boçarov Yuri Borisoviç

Demirçi Ayhan Yunus oğlu

Əhmədov Eldar Məmməd oğlu

Əliyev Yunus Dəmir oğlu

Əsgərov Məhəmməd Xəlil oğlu

Hacıyev Qüdrət Əli oğlu

Qarayev Ələkbər Qara oğlu

Muradlı Arzu Oqtay qızı

Nəsirov Seymur Rahim oğlu

Osman Əsli Əli qızı

Rəhimli Səftər Mikayıl oğlu

Rəhman Vaqif Yusuf oğlu

Rüstəmxanlı Tənzilə Yolçu qızı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis, 

Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov, 

Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli 

"Dostluq ordeni ilə təltif edilsin.