Bu gün Ali Məhkəmədə idmançı Kamil Zeynallı və jurnalist Əfruzə (Əfruz) Ağayeva arasındakı məhkəmə işi ilə bağlı qərar qəbul edib.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, bu barədə kamil Zeynallının vəkili Asif Abdullayev bildirib: "Ali məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladı. Məhkəmənin qərarına əsasən, Əfruzə Ağayeva Kamil Zeynallıdan üzr istəməli və ona 1000 manat məbləğində təzminat ödəməli, eyni zamanda da Kamil Zeynallı təkzib verməli və Əfruzə Ağayevaya 1000 manat təzminat ödəməli olacaq".
Qeyd edək ki, jurnalist Əfruzə Ağayeva onu təhqir etdiyini idda edərək idmançı Kamil Zeynallıya qarşı, idmançı isə qərəzli material hazırlanmasına görə Ə.Ağayevaya qarşı məhkəmə iddiası ilə çıxış etmişdilər.
Xatırladaq ki, idmançı K.Zeynallı aparıcı Şəbnəm Hüseynovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş. Hüseynova isə sosial şəbəkədə ""Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" cavabını yazmışdı. Jurnalist Ə.Ağayeva isə həmin statusu götürüb təmsil etdiyi xəbər portalında yaymışdı. Bundan sonra K. Zeynallı Ə.Ağayevanı da söyərək təhqir etmişdi.