Yevlax rayonunda avtomobil qəzası zamanı sürücü və sərnişini ağır yaralanıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərzisindən keçən hissəsində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Daewoo-Centra" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişini ağır yaralanıb.

Hər iki yaralı xəstəxanaya aparılıb. Yaralılar Yevlax şəhər sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Rəşad Əlibaba oğlu Ağayev və onun sərnişini, 1981-ci il təvəllüdlü Əsgər Vuqar oğlu Bağırovdur. Müayinə zamanı hər iki yaralının sərxoş olduqları məlum olub.

Faktla bağlı araşdırma aparılır.