Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin tabeliyində "Mənəvi Dəyərlər Fondu yaradılıb.
Unikal.org-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.
Naxçıvan Muxtar RespublikasınınNazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.