Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində "Geely markalı avtomobil şübhə doğurduğundan saxlanılıb.

DİN mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb.

Araşdırmlar zamanı sürücü ətin 2 dağ keçisi, 2 porsuq və 4 dovşana aid olduğunu və onları aldığını bildirib.

Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.