Azərbaycan Milli Məclisinin payız sessiyası başa çatıb.
Unikal.org-un xəbərinə görə, parlamentin payız sessiyasının bu gün keçirilən sonun plenar iclasında 19 məsələyə baxılıb.
Bunlar "Bələdiyyələrin statusu haqqında, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında, "Sahibkarlıq fəaliyyəti haqqında, "Turizm haqqında, "Yol hərəkəti haqqında, "Dövlət qulluğu haqqında, "Banklar haqqında, "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" və.s qanunlara, o cümlədən Gömrük, Miqrasiya məcəllələrinə əlavə dəyişikliklər layihəsidir.
Bundan başqa, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb, "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında qanun layihəsinə baxılıb
İclasda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunub.
Milli Məclisin spikeri Oqtay Əsədov hesabatla çıxış edib. Sonra payız sessiyasının başa çatdığını elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Bununla da deputatlar tətilə çıxıb. Tətil yanvarın 15-də başa çatacaq.