Müğənni-bəstəkar Rəhim Rəhimli Röya ilə küslü qalma səbəblərindən danışıb. Unikal.org xəbər verir ki, "5/5 verilişinin qonağı olan sənətçi prodüser Tarix Əliyevlə (Tolik) qalmaqalından da danışıb:
"Prodüser bostanıma daş atdı. Heç kimə cavab vermirdim. Elə insan idi ki cavab verib, yerində otuzdurmaq lazım idi. Başqa cür mümkün deyildi. Həmin cavabdan sonra mənə gecə zəng vurdu. Dedi ki, mənə bunu bir sənətçi danışmışdı. Mən də onun əsasında o sözlərid edim. Dedim, sənə başqasının dediyini söyləmək lazımdır? Mənimlə onun arasında olan məsələdir. O söhbətdə mənim heç bir günahım yoxdur.
Röya ilə 12 konsert verdik. Dostluqda sadiqdir. Amma dostunun başqası ilə dostluq etməyini qısqanır. Ona görə də aramızda küləklər əsdi. Bu yaxınlarda tədbirdə görüşdük. Qismət olsa 5 ildən sonra yenidən "RR" şou edərik".
Rəhimli "Özünü müğənni, yoxsa bəstəkar hesab edirsən" sualına: "Mən müğənni deyiləm. Sadəcə mahnılarımın ifaçısıyam. Elton Hüseynəliyev, Samir Piriyev, Aygün Bəylər müğənnidir. Müğənninin səsi olar. Məndə bir az məlahət var. Özümü bəstəkar hesab edirəm"-deyə cavab verib.