Dekabrın 31-də "Bakı Metropoliteni" QSC-nin iş qrafiki fərqli olacaq.
Bun barədə unikal.org-a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, dekabrın 31-də metro sərnişinlərə bir saat çox xidmət göstərəcək: "Çünki Dənizkənarı Milli Parkda gecə saat 00:00-da atəşfəşanlıq olacaq. Atəşfəşanlığa baxmağa gələn sərnişinləri mənzil başına çatdırmaq üçün metronun iş qrafiki 01:00-dək artırılıb".
N.Paşayev qeyd edib, ötən illərdə sərnişinlər Dənizkənarı Milli Parka daha yaxın olması səbəbindən "Sahil" stansiyasından çox istifadə edirdilər: "Bu il isə "Sahil" stansiyası təmirə bağlandığı üçün, sərnişnlərimizdən xahiş edirik ki, metronun "28 May" və ya "İçərişəhər" stansiyasından istifadə etsinlər".