"5/5" verilişinin qonağı olan müğənni Natavan Həbibi uzun müddətdir küsülü olduğu xalq artisti Aygün Kazımova ilə bağlı sualları cavablandırıb.
Unikal.org xəbər verir ki, sənətçi aparıcı Zaur Kamalın "Aygün Kazımova barışıq üçün ilk addımı atdı" sözlərinə belə cavab verib:
"İlk əvvəl deyim ki, onunla bağlı sual verilməsini mən istəməmişəm. Çünki sonra deyirlər ki, mən ondan danışıb gündəmə gəlirəm. Deyərəm ki, o, çox gözəl düşməndi. Mənə ləzzət edir. "Dastoynu" düşməndir. Onunla düşmənçilik etmək... Cılız deyil. Hərəkətləri mənə xoşdur".
Natavan hazırki münasibətləri ilə bağlı suallara "Bunlar hamısı mətbəxdir" deyib.
Natavanın sağ qolundakı döymə də diqqətlərdən yayınmayıb.