Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt Peterburqda "Perekryostok supermarketində partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, şübhəli şəxs İstintaq Komitəsinə təhvil verilib. Müstəntiqlərin hazırda onu dindirdiyi bildirilir.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki dekabrın 27-də törədilən partlayış nəticəsində 18 nəfər yaralanıb.