Türkiyənin meqa-starı Tarkan yeni il gecəsi sərvət qazanacaq. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkan yeni il gecəsini Kiprdə keçirəcək.
Müğənni otellərin birində konsertlə çıxış edəcək.
Tarkan bunun üçün isə rekord məbləğdə qonorar - 1,3 milyon lirə (təxminən 650 min manat) alacaq. Artıq Kiprdə olan Tarkan bununla da rekorda imza atacaq.
Qeyd edək ki, bir müddət əvvəl Tarkana Azərbaycan təklif gəldiyini, onun Yeni il günü Bakıda konsert verməsi üçün 1, 5 milyon dollar pul veriləcəyini qeyd etmişdilər.