Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva plastik əməliyyatlar etdirməsi ilə bağlı deyilənlərə münasibət bildirib.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, Aynişan bu cür düşünənlərə 2010-cu ildə çəkdirdiyi fotosunu paylaşaraq etirazını bildirib:
"İnsan böyüdükcə cizgiləri yerinə oturur. Hərdən bəzi insanlar mənə yazırlar ki, guya mənim üzüm başdan-ayağa plastikdir. Amma ilk növbədə adamda məntiq olar, düşünər, bu qızın neçə yaşı var ki, buna ehtiyac duysun?
Misal üçün, üzüm arıqlayıb. Üz arıqladığı zaman digər cizgilər daha önə çıxır, daha həcmli görünür.
Qaşlarımın formasını dəyişmişəm və burnuma əməliyyatla bir az düzəliş etmişəm. Gördüyünüz kimi, əvvəldə qabaritli olmayıb. Saç rəngimi 1 ton açmışam.
Makiyajımı dəyişmişəm, baxışlar, mimika dəyişib.
Mən gözəlləşməyi bacaran insanları sevirəm. Amma hər şey qədərində olanda... Ehtiyac olmadığı halda, aşırı geldən, botoksdan və adını bilmədiyim digər prosedurlardan istifadə etməyi məsləhət görmürəm. Əsas insanın daxili gözəlliyidir, gözəl doğula bilərsən, amma əgər insan kimi yaxşı deyilsənsə, gözəlliyin uzunömürlü olmayacaq. Sadəcə, daxili gözəllik insanı gözəl saxlayır.