Bərdədə zəhərlənmə hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər zəhərlənib.

Rayonun Gəncə kücəsində yaşayan 24 yaşlı Əliyeva Türkan Fərid qızı, 30 yaşlı Əliyev Əlzamin Şükür oğlu , 4 yaşlı Əlizadə Dünyamin Əlzamin oğlu və Qaradağlı kəndində yaşayan Əhmədova Gülnar Firdovsi qızı zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib.