Sumqayıtdakı beşmərtəbəli yataqxana binasında yanğın baş verib. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yataqxananın pilləkən qəfəsində taxtadan ibarət dolab 2 m2 sahədə yanıb.

Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.