Qobustanda dəhşətli faciə yaşanıb.
Unikal.org-un FHN-ın saytına istinadən məlumatına görə, rayonun Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.