Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur.

Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a "Gilavar Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların "Mi-17 təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.