Güclü külək, qar və şaxta ilə müşayiət olunan sərt hava şəraiti səbəbindən ABŞ-ın şimal-şərqində ölənlərin sayı 19 nəfərə çatıb.
Unikal.org-un "CBS News telekanalına istinadən verdiyi məlumata görə, həmin insanların əksəriyyəti əlverişsiz hava şəraitinin səbəb olduğu yol-nəqliyyat qəzalarında, yaxud donaraq ölüb.
Bir çox yerlərə 30 sm-dən çox qar yağıb. Əlverişsiz hava şəraitinin istirahət günləri də müşayiət ediləcəyi proqnozlaşdırılır. Güclü külək və qar səbəbindən Massaçusets ştatında 22 min, Virciniya ştatında 45 min, ümumilikdə isə şimal-şərq ştatlarında 100 mindən artıq insan elektrik enerjisindən məhrum olub. O cümlədən relslərin buz bağlaması səbəbindən Mayamidən Nyu-Yorka gedən 311 sərnişinin olduğu qatar relsdən çıxıb. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Nyu-Yorkda fəaliyyətini dayandırmış Con Kennedi alına beynəlxalq aeroport isə dünən fəaliyyətini bərpa edib. Nyu-Yorkda müvəqqəti bağlanmış La-Quardiya aeroportu da artıq fəaliyyətə başlayıb.