Mayın 7-də Moskvada yerləşən "Tapan" muzeyində "Sənin üçün mənim Artsaxım" adlı rəsm satış-sərgisi keçiriləcək.
 
Unikal.org xəbər verir ki, bu barədə Lent.az-a Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondunun sədri Şamil Tağıyev bildirib.
 
Məlumata görə, tədbir erməni arxiyepiskopu Ezras Nersisyanın təşəbbüsüylə keçirilir. Sərgidən yığılan vəsaitin isə Qarabağdakı separatçılara göndərilməsi nəzərdə tutulur.