Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, magistral yolun 41-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 60 yaşlı sürücüsü vəfat edib. 47 və 35 yaşlı iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Bildirilir ki, qəzaya minik avtomobilinin ötmə qaydalarına düzgün əməl etməməsi səbəb olub.
 
Araşdırma aparılır.