Hadisə Nərimanov heykəlinin yaxınlığında baş verib
Bakıda, Nəriman Nərimanovun heykəlinin yaxınlığında biri-birinə yol verməyən sürücülərin mübahisəsi döyülmə ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iki sürücü - qadın və kişi arasında insident yaranıb. Onlar yol verməməkdə biri-birini suçlayıb, kənardan iki kişi vəziyyətə müdaxilə edərək durumu daha da qəlizləşdirib. Onlar kişi sürücünü maşından çıxararaq döyüblər. Hadisə törətmiş qadın isə sürücünün döyməmələri üçün xahiş edərək yalvarıb. Lakin oğlanlar ona əhəmiyyət verməyiblər. Kadrlardan döyənlərin idmançı olduqları görünür.
Görüntülərin nə qədər real və ya səhnələşdirilmiş olduğu barədə məlumat verilmir. Amma insident zamanı xanımın avtomobilinə daha çox zərər dəyir - alın şüşəsi sınır, kapot əzilir, qapılar zərər görür, sol güzgü təpiyin gücündən yerindən çıxır.