Ermənistan silahlı qüvvələri aprelin 30-dan mayın 1-nə keçən gecə təmas xəttində növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Atəşkəsin pozulması zamanı düşmən tərəfi 1 canlı qüvvəsini itirib. Bu, 1991-ci il təvəllüdlü hərbçi Aşot Çobanyandır.
Düşmən əsgəri gecə saatlarında Xocavənd istiqamətində gedən döyüşlər zamanı zərərsizləşdirilib.
Bundan əvvəl Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozması barədə məlumat yayıb.(Report)