Azərbaycanda tapılan 104 yaşlı çeçen qadın Çeçenistana aparılacaq.

Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə Respublikanın Milli Siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov bildirib.

Onun sözlərinə görə, M.Əliyevanın doğum tarixi Azərbaycan Daxili İşlər Nazirliyinin dediyi kimi 1913-cü il deyil, 1914-cü ildir.

C.Umarov qeyd edib ki, nənə çeçen torpaqlarında yaşayacaq: "Ona lazım olan kömək göstəriləcək. Mədinə Əliyeva öz xalqı arasında oğullarını, nəvələrini, eləcə də qardaşlarını tapacaq".

Umarovun sözlərinə görə, qadın Dağıstanın Xasavyurt rayonunun Osmanyurt kəndində doğulub.