NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimov ilə görüşəcək.

Unikal.org Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "BuzzFeed" portalı adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb.

Məlumata əsasən, görüş yanvar ayında Bakıda keçiriləcək.

"Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq, məlumatda vurğulanıb.