Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyündə bir sıra coğrafi adlar yeni, bəzi hallarda isə köhnə (hazırda istifadə edilməyən) variantda təqdim olunub.
Unikal.org "Report-a istinadən xəbər verir ki, sözlükdə yer alan şəhər adları sırasında Moldovanın paytaxtının adı Kişineu deyil, Kişinyov kimi göstərilib.
Bundan başqa, adlarını dəyişdirmiş dövlətlərdən Qırğız Respublikası - Qırğızıstan (Azərbaycanın rəsmi sənədlərində Qırğız Respublikası kimi təqdim olunur), Monqol Eli - Monqolustan kimi təqdim olunub.
Bəzi hallarda Həbəşistan kimi təqdim olunan ölkə - Efiopiya, Monteneqro - Çernoqoriya kimi göstərilib.
Bundan başqa, sözlükdə Qüds şəhərinin adı yer almayıb, həmin şəhər Yerusəlim kimi göstərilib.
Siyahıda Koreyanın adı yer alsa da, Koreya Xalq Demokratik Respublikasının (qeyri-rəsmi şəkildə Şimali Koreya adlandırılan KXDR) adı yoxdur.