Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə "Yaxt Kluba yaxın ərazidə qeydə alınıb. Dənizə düşən kişinin kimliyi hələlik açıqlanmır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Hadisənin intihar və ya bədbəxt hadisə olub-olmadığı məlum deyil.

Araşdırma aparılır.