Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu il yanvarın 8-də Masallı rayonunun Xırmandalı kəndində tapılan qartalı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil veriblər.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. İ. İbrahimova deyib ki, rayon sakini Anar Qurbanova məxsus otlaq sahəsində yaralı halda qartal tapılması barədə yayılıb. Məlumat əsasında bir qanadından zədə alan qartalkimilər fəsiləsinə aid olan bozqır qartala baytar həkim tərəfindən müvafiq yardım göstərilib, reabilitasiya dövrü keçdikdən sonra quş vəhşi təbiətə buraxılacaq.