"Orduda üç generalı istefaya göndərməklə Serj Sarkisyan "dördgünlük müharibə"də məğlubiyyətini ört-basdır etmək istəyir".
Unikal.org publika.az-a istinadən bildirir ki, bu barədə erməni hüquq müdafiəçisi Artur Sakunyan deyib.
Onun sözlərinə görə, bu addım məğlubiyyətdən sonra əhali arasında yaranmış narazılığı yumşaltmağa da hesablanıb: "Orduda korrupsiya və yeyinti adi haldır. Bu nə birinci deyil, nə də sonuncu olacaq. Lakin Sarkisyanın generalları çıxarması öz şəxsi uğursuzluğunu örtməyə çalışmasından irəli gəlir".