"Lidertelekanalının efirində yayımlanan "Status proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr edilib.
Dövlət Yol Polisinə təklif edilib ki, avtomobillərin təxliyəsindən imtina olunsun və səhv dayanma üçün cərimə-bildiriş sadəcə avtomobillərin şüşəsinə qoyulsun. Bununla da cərimələrdən toplanan bütün vəsait ölkənin büdcəsinə keçərdi.
DYP mətbuat xidmətinin başçısı Vaqif Əsədov isə buna cavab olaraq deyib ki, Bakı sakinləri hələ o şüurda deyillər ki, yol polisi avtomobillərin təxliyəsindən tamamilə imtina etsin.