Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə "1 May" yürüşü zamanı qəribə hadisə baş verib.
 
Şəhər meydanına doğru irəliləyən və özlərini anarxiyaçı kimi təqdim edən 20-25 nəfərlik qrup təhlükəsizlik postuna yaxınlaşarkən soyunublar. Beldən yuxarı soyunan qrup üzvləri bu formada yoxlamadan keçiblər.
 
 
Qrup üzvləri daha əvvəlki aksiyalar zamanı onların həyati təhlükəsizliyinin yaxşı təmin edilməməsini əsas gətiriblər və polisin onların bədəninə toxunmasını istəmədiklərinə görə belə bir addım atdıqlarını bildiriblər.(Lent.az)