"Google korporasiyası "Android Pay ödəniş xidmətinin fəaliyyətini dayandırıb.
Unikal.org-un "PhonArena nəşrinə istinadən məlumatına görə, şirkət köhnə xidməti yeni "Google Play xidmətinə keçirib. Mahiyyətcə "Google "Android Pay və "Google Wallet xidmətlərini ümumi bir xidmətdə birləşdirəcək.
Şirkətdən verilən məlumata görə, istifadəçilər "Google Playə keçməkdə heç bir çətinlik keçirməməlidirlər.
"Bu dəyişiklər kosmetikdir və Sizin vərdişləri dəyişməli olmayacağıq, - deyə "Googleun bloqunda deyilir. Bu xidmət, "Android Pay kimi, ticarət şirkətləri, internet mağazalar və əlavələrlə işləyəcək.
Şayiələrə görə, yeni xidmət "Chrome brauzerində və "Chrome OS platformasında yaradıla bilər.
Qeyd edək ki, "Android Pay 2015-ci ildə "Android əməliyyat sistemi ilə işləyən smartfon, planşet və cihazlar üçün ödəniş sistemi olaraq yaradılıb.