Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla iş adamı, "Hafka ləqəbli Hafiz Məmmədov arasında maliyyə çəkişmələri davam edir.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, bir müddət öncə Z.Məmmədovun oğlu Anar Məmmədova məxsus "Delfin otelin təsisçisi olan "Delfin MMC məhkəməyə müraciət edib.
MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində "Hafkanın "Bakı Futbol Klubuna qarşı iddia qaldırıb. Klubun bazası otelə bitişik sahədə yerləşir və həmin sahə sabiq nazirin ailəsinə məxsus olub. A.Məmmədov klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edib. "Hafkanın klubu da qarşılıqlı iddia verərək həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyib.
Məhkəmə "Delfinin iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verib. "Hafkanın iddiası isə rədd olunub və ona hər hansı məbləğdə pulun ödənilməsi nəzərdə tutulmayıb.
Bundan sonra "Bakı FK yuxarı instansiya məhkəməsinə müraciət edərək qətnamədən şikayət edib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin icraatında baxılıb. Bu dəfə də qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, bir ay öncə "Bakının 11 hektarlıq ərazisi 15 milyon manata satışa çıxarılıb.