Bakıda 6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. 

Bu barədə unikal.org-a Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayev deyib.

Dəyişikliyə əsasən, 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək. Dəyişikliyə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Məlumat üçün bildirək ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.