Həftənin bazar ertəsi "Show TV"də yayımlanan reytinqli seriallardan biri "Çuxur"dakı səhv tamaşaçılar tərəfindən müzakirə obyektinə çevrilib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, bir bölümdə aktyor Erkan Kolçak Köstendilin canlandırdığı "Vartolu" obrazı silahını belinə qoymaq istəsə də, belində olan mikrofon ona çətinlik yaradıb.

Mikrofonun kameraya düşməsini"Twitterdə yayan izləyicilər ona gülüş dolu şərhlər yazıblar.