Livanda Hizbullah döyüşçüləri suriyalı miqrantların yerləşdiyi Ceyrud düşərgəsinə hücum ediblər.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Arsal bölgəsində yerləşən miqrant düşərgəsinin hizbullahçılar tərəfindən hədəf alınması nəticəsində bir nəfər həlak olub, onlarla insan isə yaralanıb. Bundan əlavə, xəstəxananın partladılması nəticəsində bir neçə tibb işçisinin də öldüyü bildirilib.