Türkiyə vətəndaşlarının səfər etdiyi ilk onluqda olan ölkələrin siyahısı açıqlanıb. Bu siyahıda Azərbaycan 8-ci yerdə qərarlaşıb.

Unikal.org Türkiyə Səyahət Agentləri Birliyinə (TURSAB) istinadən məlumatlarına görə, 2016-ci ildə ümumilikdə Türkiyədən 8 milyon 62 min türk, xaricə gedib. Onların bəziləri turizm, bəziləri isə müxtəlif işlərlə bağlı səyahət ediblər.

Türk vətəndaşlarının ən çox ziyarət etdiyi ölkələr içində Gürcüstan 1 milyon 173 min nəfərlə birinci yerdədir. Yunanıstan 786 min, Bolqarıstan 783 min, Almaniya 532 min, ABŞ 314 min, İran 244 min, İtaliya 215 min, Azərbaycan 212 min, Fransa 136 min, digər dövlətlərə 124 min adam ziyarət edib.

Azərbaycan ilk 10-luqda 8-ci yerdə qərarlaşır. İldə 200 mindən çox türk vətəndaşı Azərbaycana təhsil, turizm, qohumlarını ziyarət etmək və digər məsələlərlə bağlı

səfər ediblər. Onlar Naxçıvan, paytaxt Bakı, Sumqayıt, Mingəçevir, Gəncə digər böyük şəhərlərə səfər ediblər.