Adətən uşaqlar gəzməyi öyrənib danışmağa başlayanda valideynlər onlardan çox şey gözləyir. Övladım öz yaşıtlarıyla niyə oynamır? - Bu isə valideynləri ən çox narahat edən sualdır.

Unikal.org bu sualla bağlı cavabları təqdim edir.

- 2 yaşa qədər dövdə uşaqlar yanlnız oynayırlar. Səbəb də hər şey onlara bir oyuncaq təsiri bağışlayır.

- 2 -3 yaş arası uşaqlar isə izləmə dönəmindədir. Hər şeydə bir məna axtarmağa çalışırlar, öz yaşıtlarıyla əlaqə qurmaq istəmirlər. Onlarla aralarına məsafə qoyurlar.

- 3 yaş dövrü isə paralel oyun mərhələsidir. Bu dövrdə uşaq başqa uşaqlarla oyun oynayırmış kimi edər ancaq ortada bir oyun yoxdur. Uşaqlar bu mərhələdə sadəcə digər uşaqlarla eyni məkanı bölüşməyi öyrənirlər. ancaq hər uşaq ayrı-ayrı oyun oynayar.

- 4 yaş mərhələsi birlikdə oyun dövrüdür. Analar artıq rahat nəfəs ala bilər. Bu dövrdə uşaqlar həmyaşıdları ilə birlikdə oynayırlar. Hətta əməkdaşlıq əlamətləri göstərirlər.

- 4 yaşdan sonrakı dövrdə uşaq yalnız birlikdə oynamaqla qalmır. Birlikdə hərəkət edərək oyun qurmağı öyrənirlər.